Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Bu gün Zelenski üçün son şansdır

Sentyabrın 26-da Ukrayna Prezident Volodimir Zelenskinin amerikalı həmkarı Co Baydeni “qələbə planını” dəstəkləməsinin zəruriliyinə inandırmaq üçün son şansı olacaq.

TNS xəbər verir ki, bu barədə CNN yazır.

Nəşr qeyd edir ki, bu gün Zelenski Ağ Evə gələcək və burada özünün “qələbə planı”nı təqdim edəcək. Planın ümumi konturları artıq mətbuata sızsa da, sənədin təfərrüatları geniş ictimaiyyətdən gizli saxlanılır.

Ukrayna planının geniş konturları ilə tanış olan insanların fikrincə, bu, əslində Rusiyanın işğalına qarşı təcili yardım çağırışıdır. Zelenski həmçinin Amerika rəhbərliyindəki dəyişikliklərdən asılı olmayan uzunmüddətli təhlükəsizlik zəmanətləri axtaracaq.

“Bayden Ukraynaya yeni imkanlar təqdim etmək barədə qərar qəbul etməyə tələsmir. Lakin noyabr seçkilərində Tramp qalib gəlsə, Amerikanın müharibəyə yanaşmasını əhəmiyyətli dərəcədə dəyişdirəcək. Ukrayna rəsmiləri və bir çox amerikalılar qərar qəbul etmək üçün çox az vaxt qaldığına inanırlar”,- CNN vurğulayıb.