Close

Vuçiç Ərdoğandan Kosovadakı vəziyyətlə bağlı dəstək istəyib

Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Kosovanın şimalında sülhün sabitləşməsi üçün ondan dəstək istəyib.

TNS xəbər verir ki, bu barədə Serbiya liderinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Vuçiç regionda sülh və sabitliyi qorumaq üçün Ərdoğandan öz təsir imkanlarından istifadə etməyi xahiş edib.