Close

22:51
28 Mart 2024

"Avropada yeni parçalanmalar olacaq" - Prezidentdən ŞOK AÇIQLAMA

Çexiya Prezidenti Pyotr Pavel Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada yeni parçalanmaların ola biləcəyi anonsunu verib.

TNS-in məlumatına görə, o bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri Rusiyaya qarşı Ukraynanı fəal dəstəkləməklə etimad qazanıblar.

Mərkəzi və Şərqi Avropa ölkələrinin ənənəvi Avropa gücləri ilə rəqabət aparmadığını vurğulayan Pavel Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yeni bölünmələrin olacağını deyib:

"Biz Avropanın birliyini daha da gücləndirməliyik. Avropa İttifaqı ölkələri arasında daha güclü həmrəylik təkcə Rusiyanın planlarına qarşı deyil, həm də dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çinin təsirinə qarşı zəruridir".