Close

Bu tarixdə devalvasiya olacaq, dollar... - Bədbin PROQNOZ

ABŞ iqtisadiyyatı yayda çökmək riski altındadır.

TNS xəbər verir ki, bunu keçmiş konqresmen Brandon Vayxert deyib.

O bildirib ki, tezliklə ABŞ-da defolt və devalvasiya baş verə bilər, bu, qlobal iqtisadiyyata da təsir göstərəcək.

Vayxert xatırladıb ki, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ABŞ-da defoltun qarşısını almaq üçün prezident Co Baydenlə tədbirləri müzakirə etməyi planlaşdırır. Bununla belə, keçmiş konqresmenin fikrincə, siyasətçilər çətin ki, razılaşsınlar.

O xatırladıb ki, Bayden və Demokratlar ABŞ-ın 2024-cü il büdcəsinin 6,8 trilyon dollar olacağı qanun layihəsini təsdiq etməyi planlaşdırırlar. Belə olan halda ölkənin dövlət borcu daha da artacaq. Bu arada, Makkarti Baydeni daha balanslaşdırılmış büdcə qəbul etməyə inandırmaq istəyir.

“Əgər problem həll olunmasa, Amerika defolt olacaq. Bu, dolların devalvasiyasına gətirib çıxaracaq və faiz dərəcələri “stratosfer səviyyəsindən yuxarı” sıçrayacaq. Hadisələrin bu cür dönüşü ilə sosial proqramlar artıq işləməyəcək və bir çox pensiya fondları sadəcə olaraq məhv olacaq və insanlar əmanətlərinin böyük hissəsini itirəcəklər”, - sabiq konqresmən bildirib.(publika.az)