Close

19:53
24 Aprel 2024

Paris zibilə düşüb - FOTO

Fransanın paytaxtı Parisdə zibil yığımına cavabdeh olan kommunal işçilər pensiya islahatına qarşı 2 həftəyə yaxındır keçirdikləri tətili davam etdirmək qərarına gəliblər.

TNS xəbər verir ki, bu barədə məlumatı “Le Figaro” yayıb. 

Məlumata görə, tətilin müddəti martın 27-nə qədər uzadılıb. Bu isə Parisdə tullantıların daşınmaması ilə bağlı yaranan problemləri daha da kəskinləşdirəcək. 

Digər şəhərlərin də bu tətilə qoşulacağı gözlənilir. 

Qeyd edək ki, martın 20-nə olan məlumata görə, Parisdə tullantı qablarının yanında 9300 ton zibil yığılıb. Bələdiyyə rəsmiləri yığılıb qalan tullantıların daşınması üçün 2 həftə vaxt tələb olunacağını qeyd edib. 

Xatırladaq ki, Fransada senator və deputatlardan ibarət Müştərək Komissiya ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddəni qəbul edib. Bununla yanaşı, pensiya islahatının yekun mətni Senatda da qəbul edilib.

paris2

paris3

paris4

paris5

paris6

paris7