Close

Rusiya qırıcısı Qara dəniz üzərində “Bayraktar"ı vurmağa cəhd etdi, amma... - VİDEO

Rusiya təyyarələri Qara dənizdə fəaliyyət göstərən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2”-ni vurmağa cəhd edib.

TNS xəbər verir ki, “reaktiv yuma” (Jet wash) üsulunu sınayan ruslar məqsədlərinə nail ola bilməyiblər.

TB2 “tələ”dən yayınaraq, uçuşunu davam etdirib.

“Reaktiv yuma” aviasiyada reaktiv mühərrikin arxasında alovlanma nəticəsində yaranan hava axınını ifadə edir. Bu üsul PUA kimi yüngül hava vasitələrini sıradan çıxarmaq üçün istifadə olunur.

Ruslar bundan əvvəl ABŞ PUA-larını bu üsulla sıradan çıxarıblar.

Hadisənin videogörüntüsünü təqdim edirik: