Close

17:34
28 Mart 2024

Məhkəmə Saakaşvili ilə bağlı qərar verdi

Gürcüstan məhkəməsi sabiq prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı möhlət və azadlığa buraxılmasını rədd edib.

TNS TASS-a istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze onun həbsdə saxlanılmasına qərar verib.

Qeyd edək ki, fevralın 6-da Ukrayna Ali Radası Gürcüstan hökumətinə, Avropa Parlamentinə, Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, AŞPA-ya və Aİ ölkələrinin parlamentlərinə Mixail Saakaşvilini dərhal xaricdə müalicə üçün göndərilməsi çağırışı ilə müraciət qəbul edib.