Close

22:51
28 Mart 2024

Rusiya Belarus Prezidentinə sui-qəsd hazırlayır – Kreml Lukaşenkonun yerinə onu gətirəcək - ŞOK İDDİA

Kreml Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün radikal variant planlaşdırıb. Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkonu aradan götürməyi və onun ordusuna nəzarəti ələ keçirməyi planlaşdırır.

TNS unian.net saytına istinadən xəbər verir ki, bunu ABŞ-ın Robert Lansinq İnstitutunun analitikləri bildiriblər.

Analitiklərin fikrincə, Rusiya hərbi rəhbərliyindəki mənbələr Kremlin Lukaşenkoya qarşı sui-qəsd planının hazırlanması ilə bağlı qərar qəbul edildiyini təsdiqləyiblər.

“Sui-qəsd cəhdi uğursuz olsa, Rusiya bu işdə Ukrayna və Polşanın iştirakı barədə uydurma sübutlar təqdim edəcək. Beləliklə, yenə də Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı təmin oluna bilər", - Robert Lansinq İnstitutunun analitikləri qeyd ediblər.

Bildirilib ki, sui-qəsd cəhdinin məqsədlərindən biri də Belarus Prezidentini qorxutmaq, onu Rusiya tərəfindən müharibəyə qoşulmağa sövq etməkdir.

Ehtimallara görə, sui-qəsd cəhdi uğurlu alınarsa, Lukaşenkonun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Rusiyaya sadiq olan general-leytenant Stanislav Zas gətiriləcək.