Close

Beş əsr əvvəl yazılan məktub deşifrə oldu - ŞOK FAKTLAR

1547-ci ildə Roma İmperatoru və İspaniya kralı V Karl Fransdakı səfirinə tədqiqatçıların beş əsr oxuya bilmədiyi şifrəli məktub göndərib.

TNS xəbər verir ki, məktub bu müddət ərzində Fransanın Nansi şəhərindəki kitabxananın arxivində qorunurdu, ancaq tədqiqatçı Sesile Perrot kompyuterdən istifadə edərək məktubu deşifrə edə bilib.

Məlum olub ki, imperatorun işlətdiyi dil üslubu yüzdən çox simvoldan ibarət imiş.

Şifrəli məktubun oxunması nəticəsində o dövrə aid bəzi faktlar üzə çıxıb. Məktubun o dövrdə imzalanmış bir sülh müqaviləsindən üç il sonra yazıldığı, amma buna baxmayaraq, V Karl və Fransa kralı I Fransisk arasındakı münasibətlərin heç də yaxşı olmadığından bəhs etdiyi məlum olub. İmperator məktubda ona qarşı sui-qəsdin hazırlanmasından narahat olduğunu da bildirib.

İndi alimlər digər məktubları deşifrə etməyə hazırlaşırlar.(publika.az)