Close

Sürət qatarlarında təhlükəsizlik necə təmin olunur?

Şəhərlərarası sürət qatarlarında təhlükəsizlik tədbirlərinin hansı formada həyata keçirildiyi əhali arasında bir sıra sullar doğurur.

Belə ki, metrostansiya ərazisinə daxil olarkən sərnişinlərin əl yükü xüsusi avadanlıq vasitəsilə yoxlanılsa da, sürət qatarlarında bu sistem yoxdur.

TNS-in bu barədə sorğusu Daxili İşlər Nazirliyinin (DİM) Mətbuat xidməti tərəfindən cavablandırılıb.

Bildirilib ki, şəhərlərarası hərəkətdə olan sürət qatarlarında təhlükəsizlik məsələləri polis əməkdaşları tərəfindən xüsusi diqqətdə saxlanılır: "Bunun üçün dəmir yolu vağzallarında polis əməkdaşları 24 saat fasiləsiz xidmət aparır. Qatarlara bilet əldə edən şəxslər həm xüsusi texniki vasitələrlə, həm də polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra qatara buraxılırlar. Sərnişinlərin sıx olduğu saatlarda və bayram günlərində xidmətə əlavə polis naryadları da cəlb edilir. Xanım sərnişinlərin yoxlanılması isə xidmətə cəlb olunan qadın əməkdaşlar tərəfindən həyata keçirilir. Qatarlarda təhlükəsizliyin təmin olunması aşkar və qeyri-aşkar xidmət aparan əməkdaşlar vasitəsi ilə də tam təmin edilir.

Bu səbəbdən əminliklə deyə bilərik ki, sürət qatarlarından istifadə edən sərnişinlərin narahatlığına səbəb olacaq heç bir hal müşahidə olunmayıb".

Aygün