31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
8
11:27 - 23 Noyabr 2024
2024-cü ilin yanvar-oktyabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə TNS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, onların 68,53%-ni kişilər, 31,47%-ni isə qadınlar təşkil edib.