Close

Onlar sürücülük hüququndan məhrum ediləcək

“Azərbaycan Respublikası vətəndaşı olan, 18 yaşı tamam olmuş psixoloji sağlam sayılan, görmə məhdudiyyəti olmayan şəxslər sürücülük vəsiqəsi əldə edə bilərlər. Bu, Azərbaycan Respublikası vətəndaşının konstitusion hüququdur. Hər bir şəxsin sürücülük hüququndan istifadə etmək haqqı var”.

Bu sözləri TNS-ə nəqliyyat eksperti Aslan Əsədov deyib.

A. Əsədov qeyd edib ki, sürücülük vəsiqəsinin müddəti 10 ildir, amma xüsusi texniki vasitələr üçün bəzən 3-5 illik də sürücülük vəsiqəsi verilir: “Sürücülük vəsiqəsi beynəlxalq miqyasda tanınan hüquqi bir sənəddir. Sənəddə rus və ingilis dillərində şəxsi məlumatlar da qeyd olunur. Sürücülük vəsiqəsində yeniliklərlə bağlı onu demək olar ki, texnologiya inkişaf etdikcə, innovativ yeniliklərə biz də nail oluruq. Yol hərəkəti qaydalarına əsasən, yeni sürücülərin idarə etmə bacarıqları olmadığı tədqirdə müəyən məhdudiyyətlər tətbiq olunacaq. Bu vəsiqə adi kağız parçası deyil, onu qorumaq lazımdır. Sürücü o zaman idarəetmə hüququndan uzaqlaşdırıla bilər ki, dəfələrlə yol qəzası törətsin, bir neçə şəxsin ölümünə səbəb olsun, 10 ildən çox məhkumluq həyatı yaşasın. Buna da təbii ki, məhkəmə qərar verə bilər".

Qeyd edək ki, Azərbaycanda sərnişin daşıyan avtobus sürücüləri üçün qoyulan tələblər dəyişdirilir, bu fəaliyyətlə məşğul olmaq üçün maksimum yaş məhdudiyyəti tətbiq edilir. Bununla bağlı qanun layihəsi Milli Məclis gələn il müzakirəyə çıxarılacaq.

Ayşən Azadova