Close

Növbəti iki gündə bəzi rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oktyabrın 6-7-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

TNS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.