Close

21:47
19 Aprel 2024

DİM sədri buraxılış imtahanlarında test tapşırıqlarının çətinliyinə aydınlıq gətirib

Bəzən oxuyub-anlama bacarığını yoxlamaq üçün imtahanda istifadə olunan hansısa bir mətnin həcminin böyük olması, məzmununun çətin və ya proqramdan kənar olması ilə bağlı iddialar səsləndirilir.

TNS xəbər verir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, bu il imtahanda istifadə olunan “Telekinez” lə bağlı mətn daha çox müzakirələrə səbəb olub.

“Halbuki həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir. Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir.

“4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh.226, 2015-ci il, e-derslik.edu.az). Görün telekinez haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər”,-  Məleykə Abbaszadə əlavə edib.