Close

AMEA-nın yeni nizamnaməsi təsdiq olunması üçün Prezidentə təqdim olunacaq

AMEA-nın elmi bölmələrinin hansı prosesdən keçərək yaradılmasına dair Nizamnaməyə müddəa əlavə edilib.

TNS xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Ümumi yığıncaqda deyib.

Bildirilib ki, artıq elmi bölmələr Prezident Administrasiyası ilə razılaşdırılması şərtilə Rəyasət Heyəti tərəfindən qəbul olunacaq və Ümumi yığıncaqda təsdiqlənəcək.

Qeyd edilib ki, AMEA-nın yeni nizamnaməsi təsdiq olunması üçün Prezidentə təqdim olunacaq.