Close

Qurban Yetirmişli tikinti şirkətlərinə xəbərdarlıq edib

8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır.

TNS xəbər verir ki, bunu APA-açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, xüsusi dəmir-beton kalonlar var, onların ölçüləri, armaturlar, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır:

"Əgər 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər".

Qurban Yetirmişli, həmçinin binaların bir-birinə yaxın tikilməsinin təbii fəlakətlər zamanı yarada biləcəyi çətinliklərə toxunub:

“Bir mərtəbəli binanı söküb, yerində çoxmərtəbəli bina tikirlər, amma yanğınsöndürənlərin, xilasedicilərin gəlməsi üçün yol saxlamırlar. Bu, ciddi problemdir”.