Close

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-nin 370 nəfərlik heyəti Türkiyəyə göndərilir

Fevralın 6-da səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Bu barədə TNS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.