Close

19:53
24 Aprel 2024

Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paxtayt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən TNS-ə verilən xəbərə görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

2. 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. 20 Yanvar dairəsində;

5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

8. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

9. Babək prospekti, mərkəz istiqamətində;

10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.