Close

Bakının mərkəzində 30 hektar ərazini əhatə edəcək meşə-park salınacaq - FOTO

Bakının Nərimanov rayonunda istirahət parkı salınacaq.

TNS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrini əhatə edəcək yeni park 30 hektar ərazidə salınacaq və meşə-park tipli olacaq.

Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub.

Bundan başqa yeni tikiləcək parkı yolun əks tərəfindəki Dədə Qorqud parkı və Bakı Zooloji Parkı ilə əlaqələndirmək üçün yerüstü keçidlərin yaradılması da layihəyə daxil edilib.

Layihə fotolarını təqdim edirik:

319737821_687702549729232_3383627284822718354_n

aa