Close

İstanbul Hava Limanı Avropada birinci oldu

İstanbul Hava Limanı 15-21 aprel tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

TNS xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) hesabatında bildirilib.

Qeyd olinub ki, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyata keçirərək Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1 314 uçuşla Amsterdam "Schiphol" və 1 306 reyslə London "Hitrou" hava limanı izləyib.