Close

Çörək yeyərək də arıqlamaq olar - Düzgün qaydanı bilməklə...

Çovdar və ya tam taxıllı çörək ölçülü şəkildə istehlak edildikdə çəki atmağa mane olmur.

TNS lenta.ru-ya istinadən xəbər verir ki, bunu terapevt Yekaterina Ladıqina bildirib.

“Arıqladıqda ağ buğda çörəyi məhdudlaşdırılmalı və ya pəhrizdən çıxarılmalıdır. Çovdar, əksinə, bağırsaqlarda qlükozanın yavaş udulması səbəbindən toxluğu qorumağa kömək edir. Bu, həmin çörək növündə olan xüsusi pəhriz lifi, amin turşuları və fermentasiya məhsulları ilə bağlıdır”,- Ladıqina vurğulayıb.

Həkim qeyd edib ki, normaya riayət etmək vacibdir. Hər yemək zamanı bir dilim (30-50 qram) kifayətdir.

Onun sözlərinə görə, çovdar çörəyi arıqlamağa kömək edən qarabaşaq və ya yulaf sıyığı kimi yavaş karbohidratların digər mənbələrini əvəz edə bilər.