Close

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda görüşəcək

Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq, tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşü keçiriləcək.

TNS xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanması da müsbət bir addımdır.