Close

Şuşada işləmək üçün işçi axtarılır

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi informasiya texnologiyaları (İT) üzrə mütəxəssis axtarır.

TNS xəbər verir ki, müraciət üçün son tarix 16 maydır.

Vəzifəyə dair öhdəliklər:

- informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən daxili şəbəkənin işlək vəziyyətdə saxlanılması və səmərəli istifadə olunması;

- kompüterlərin, texniki avadanlıqların quraşdırılması, proqram təminatları ilə təmin edilməsi, sazlanması və texniki xidmət göstərilməsi;

- keyfiyyətli və fasiləsiz internet bağlantısının və elektron poçtların işinin təmin edilməsi;

- İKT sahəsində mal-materialların alınması, işlərin və xidmətlərin alınması üçün texniki tapşırıqları yazmaq;

- müşahidə kameraları, turniket kimi avadanlıqların quraşdırılması, onlara nəzarət edilməsi, texniki xidmət göstərilməsi, əldə edilən məlumatların oxunması;

- vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.

Vəzifəyə dair tələblər:

 - ali təhsil (rabitə və informasiya texnologiyaları sahəsində);

- ünsiyyətcil olmaq;

- komandada işləmək bacarığı;

- məsuliyyətli və intizamlı olmaq;

- gərgin iş rejimində işləmək bacarığı.

Müraciət etmək istəyənlər CV-lərini cv@shusha.gov.az elektron ünvanına göndərə bilərlər.