Close

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Cari ilin yanvar-mart aylarında Azərbaycandan xaricə ixrac olunan meyvə -tərəvəz məhsullarının həcmi və dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.

TNS-in Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına istinadən verdiyi məlumata görə, cari dövrdə ölkələrə 111 442 min tona yaxın ixrac həyata keçirilib, bunun maliyyə dəyəri 132 milyon 579 min dollardan çoxdur.

Ötən ilin eyni dövründə isə bu göstəricilər 90 994 min tona qarşı 114 milyon 940 min dollar olub.

Burdan da görünür ki, bir rübdə çəkidə 20 548 ton və ya 18.44 faiz, dəyərdə isə 17 milyon 639 min dollardan çox artım qeydə alınıb.

Rövşən Ziya