Close

09:19
14 May 2024

Bakıda restoranda yanğın olub, 3 nəfər zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.