Close

XİN rəhbərlərindən İsrailə sanksiya ÇAĞIRIŞI

Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan bəzi ölkələrin xarici işlər nazirləri beynəlxalq ictimaiyyəti İsrailə qarşı sanksiyalar, o cümlədən silah embarqosu tətbiq etməyə çağırıblar.

TNS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Ər-Riyadda keçirilən görüşdə Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyənin XİN rəhbərləri, Qətərin dövlət naziri, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin və İslam Əməkdaşlıq Təşkilatının Baş katibləri iştirak ediblər.

“Nazirlər beynəlxalq humanitar hüququn pozulmasına və Qəzza zolağında və İordan çayının qərb sahilində hərbi cinayətlərin törədilməsinə cavab olaraq, beynəlxalq ictimaiyyəti İsrailə qarşı təsirli sanksiyalar tətbiq etməyə, o cümlədən silah ixracını dayandırmağa çağırıblar. Bu cinayətlərin icraçıları olan israillilərin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüquqi sənədlərdən istifadə edilməsinin vacibliyini vurğulayıblar”, - bəyanatda qeyd olunub.